Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Presssport.az xəbər verir ki, "Zirə"nin braziliyalı legionerinin yubileyi Misli Premyer Liqasının V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”dəki 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC