Ponomaryov Mehbalıyevlə İrasabalı oynada biləcək?

“Sabah”ın qapıçısı Nicat Mehbalıyev Premyer Liqada XXI turun “Turan Tovuz”la bugünkü səfər matçını buraxacaq. 

Komandanın baş məşqçi əvəzi İqor Ponomaryov Presssport.az-a açıqlamasında gənc qolkiperin hələ də zədəli olduğunu söyləyib: “O, məşq prosesimizdən kənarda qalıb, hazırda müalicə alır. Tam sağalmalıdı ki, sıraya qayıtsın. Onda arxa əzələ dartmasında problem var. İspaniyalı mərkəz müdafiəçimiz Con İrasaballa bağlı da zədə problemi qalır”.

Xatırladaq ki, İrasabal qış fasiləsindən sonra hələ oynamayıbda, Mehbalıyev "Qarabağ"la bu həftəiçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında fasiləyədək zədələnərək əvəzləndi. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC