Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edən idmançılarımızın ilk qrupu Vətənə qayıdıb.

Presssport.az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıb.

Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan parataekvondo üzrə Azərbaycan milli komandasının üzvləri ümumilikdə 2 medal əldə edib. Belə ki, parataekvondoçularımızdan İmaməddin Xəlilov Yay Paralimpiya Oyunlarının qızıl, Sabir Zeynalov isə bürünc medal qazanıb. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə yığmasından geri qalıb. 

Paralimpiyaçılarımız hava limanında Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrlə bağlı sevinc hisslərini bölüşüb, Azərbaycanı uğurla təmsil etdiklərinə, möhtəşəm qələbələr qazandıqlarına görə iftixar hissi keçirdiklərini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti Paris-2024 Oyunlarına 7 idman növü üzrə 18 idmançı ilə yollanmışdı. İndiyədək yığma üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC