Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
Presssport.az paylaşımı təqdim edir:
“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
Xatırladaq ki, Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub və gümüş medal qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC