AFFA azarkeşlərinə görə “Zirə”yə xəbərdarlıq edib.
Pressssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Buna səbəb Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.
V turun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.
“Şamaxı” – “Neftçi” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.
AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna V turun “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olması səbəb olub
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC