Plovdiv “Lokomotiv”inin syerra-Leoneli leguioneri Alfa Konte karyerasını Azərbaycan Premyer Liqasında davam etdirəcək. Presssport.az xəbər verir ki, Bolqarıstan təmsilçisi 23 yaşlı vingeri satmaq üçün klublarımızdan biri ilə anlaşıb. Belə ki, bolqarlar 23 yaşlı cinah yarımmüdafiəçisi üçün yarım milyon bolqar levindən çox (təxminən 480 min manat) alacaq. Lakin bu məbləği Azərbaycanın hansı klubunun ödəyəcəyi açıqlanmır. Onu da bildirək ki, daha öncə Bolqarıstan mətbuatı “Neftçi”nin Konteni almaq istədiyini yazmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC