“Qəbələ” yay fasiləsində son yoxlama oyununu keçirib.
Presssport.az xəbər verir ki, 2024-2025-ci illər mövsümünə hazırlıq çərçivəsində 6-cı matçına çıxan “qırmızı-qaralar” “İmişli” ilə üz-üzə gəlib.
Qarşılaşma Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub. Kaxaber Tsxadadzenin yetirmələri bu görüşdə 2:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin qollarına Nuqay Rəşidovla Domi Jaures imza atıblar.
Bu, “qırmızı-qaralar”ın hazırlıq çərçivəsində ardıcıl 5-ci qələbəsi olub. Küveyt təmsilçisi "Əl-Yarmuk"la heç-heçə (2:2) edən “Qəbələ” ardınca “Zaqatala” (2:0), “Cəbrayıl”a (5:2, 4:1) və “Mingəçevir”ə (4:0) qalib gəlib.
Xatırladaq ki, I Liqada 2024-2025-ci illər mövsümü sentyabrın 11-də start götürəcək. “Qəbələ” ilk turda səfərdə “Zaqatala” ilə üz-üzə gələcək
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC