Çempionlar Liqası: Azərbaycan çempionu 2 top fərqli üstünlüyünü əldən verdi

Minifutbol üzrə Çempionlar Liqasına start verilib.

Presssport.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən turnirdə ölkəmizi təmsil edən son çempion “Birbaşa Bakı” da turnirdə ilk oyununu keçirərək İspaniyanın “Malaqa” klubununu sınağa çəkib. Matçın gedişində 2 top fərqi ilə öndə olmasına baxmayaraq, çempionumuz üstünlüyünü əldən verərək yekunda 1 xalla kifayətlənib.

Çempionlar Liqası

I tur

5 sentyabr

"Birbaşa Bakı” (Azərbaycan) - “Malaqa” (İspaniya) - 2:2

Qollar: C.Cəfərov, 12 (1:0), E.Əlizadə, 13 (2:0), P.Agüero, 20 (2:1), O.Fernandes, 30 (2:2)

Bugünsə təmsilçilərimiz qrupdakı digər 2 oyununu keçirəcək. “Aznur” 12:00-da “Galport” (Polşa), 19:00-da isə “Andezit”lə (Ukrayna) qarşılaşacaq. “Birbaşa Bakı” əvvəlcə 14:00-da “Nottingem Livorno” (İtaliya), 21:00-da isə “BKMK Brno” (Çexiya) ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Aznur" startda Fransa təmsilçisi “Les Piopio” ilə üz-üzə gələrək 2:1 hesabıyla qalib gəlib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC