Portuqaliya millisinin və "Əl-Nəsr"in kapitanı Kriştiano Ronaldo üçün UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Xorvatiya yığması ilə matç əlamətdar olub.
Presssport.az xəbər verir ki, 39 yaşlı hücumçu bu matçda fərqlənərək rəsmi matçlarda 900-cü qoluna imza atıb.
Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl Nəsr”də 68, millidə isə 131 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının ən yaxşı bombardiridi.
Onu da bildirək ki, Kriştiano 2003-cü ildən millidə çıxış edərək 213-cü matçına çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC