Dünya çempionatı: Güləşçimiz finala yüksəldi

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Presssport.az xəbər verir ki, 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə start verib.

Bəşir Verdiyev (57 kq) təsnifat mərhələsində braziliyalı Kayo Duarteylə bacarmayıb – 3:14.

Ayxan Abdullazadə (65 kq) debütdə rumuniyalı Daniel Sanduya heç bir şans tanımayıb – 12:2. Həmyerlimiz 1/8 finalda ermənistanlı Arman Musikyanı mübarizədən kənarlaşdırıb – 12:8. Abdullazadə növbəti mərhələdə iranlı Ali Xorramdelə 6:9 hesabıyla məğlub olub. Ali finala yüksəldiyi üçün Ayxan bu gün təsəlliverici görüşə çıxacaq. Rəqib türkiyəli Abdullah Toprak olacaq.

Ramik Heybətov (70 kq) təsnifat mərhələsində ukraynalı Boqdan Olinikə 2:3 hesabıyla məğlub olub.

Emin Qocayev (79 kq) qırğızıstanlı Adilet Akilbekov üzərində inamlı qələbə (15:8) qazansa da, 1/8 finalda belaruslu Dmitri Lukaşuka 1:3 hesabıyla uduzub.

Xetaq Karsanov (97 kq) debütdə qırğızıstanlı Aytenir Maksatovu vaxtından əvvəl xalçadan məyus yola salıb – 11:0. Ancaq 1/4 finalda ciddi müqavimətlə üzləşib. Karsanov türkiyəli Rıfat Qıdakı minimal fərqlə (2:1) üstələyərək yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz slovakiyalı Adam Jaksikə “tuş”la qalib gələrək adını finala yazdırıb. Xetaq həlledici qarşılaşmada ötən il böyüklər arasında dünya çempionu olmuş Rizabek Aitmuxanla (Qazaxıstan) güləşəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC