Azərbaycan paraüzgüçüsü Raman Saley (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Presssport.az xəbər verir ki, idmançımız 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.
O, finişə 58.13 saniyəyə çatıb.
Bu yerdə bildirək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi.
Xatırladaq ki, Paris-2024 sentyabrın 8-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC