Cüdoçularımız Avropa çempionatında yenə 1-ci olub - bu dəfə...

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olub.

Presssport.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan tatami ustalarımız həlledici mərhələyə qədər manesiz irəliləyib.

Finalda Fransa idmançılarını 4:3 hesabı ilə üstələyən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.

Xatırladaq ki, ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC