Fabritsio Romano Qurban Qurbanovla bağlı paylaşım edib - tıxaca görə əsəbiləşməni qabardıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində "Tottenhem"lə səfər oyunundan sonrakı mətbuat konfransında uzun müddət tıxacda qalmalarının oyunlarına çox böyük təsir etdiyini açıqlayıb.

Presssport.az xəbər verir ki, bununla bağlı məşhur insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında paylaşım edib.

Belə ki, Qurbanovun fikirlərindən sitat gətirən Romano paylaşımına “Qarabağ”ın baş məşqçisi Qurbanov “Tottenhem”lə oyunqabağı tıxaca görə əsəbiləşib!” başlığını verib:

“Təsəvvür edin ki, 2,5 saat yarımdan çox tıxacda qalmısınız. Buna bəhanə gətirə bilmərəm, ancaq belə olmamalı idi və bizi müşayiət edən polis yox idi. Bu, oyunçularımıza böyük təsir göstərdi. Rəqibimiz yaxşı komandadı. Gələn kimi bizə dedilər ki, 40 dəqiqədən sonra oyuna başlayaq və lazım olan qədər hazır deyildik. Bunlar baş verməməlidi".

Xatırladaq ki, ağdamlıların 0:3 hesabıtla uduzduğu matç nəzərdə tutulduğundan 35 dəqiqə gec başlayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC