UEFA "Qarabağ"dan yazdı: "Bayramov intriqanı geri qaytara bilərdi"

UEFA-nın rəsmi saytı İngiltərənin “Tottenhem” klubunun Avropa Liqasının əsas mərhələsinin ilk turunda Londonda “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Presssport.az xəbər verir ki, London klubunun evdəki qalibiyyəti haqda bunlar qeyd edilib:

“Spurs” azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi. “Qarabağ” üstünlüyünü inkişaf etdirməyə çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma “Tottenhem” qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açıb. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario çərçivədə möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Papa Sarra və Dominik Solankenin qolları sayəsində hesabı böyütdülər. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapının dirəyinə vurdu”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC