"Qarabağ"a qalib gəlmək çox vacib idi" - "Tottenhem"in baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının əsas mərhələsinin açılış turunda “Qarabağ” üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Presssport.az xəbər verir ki, avstraliyalı mütəxəssis oyuna istədikləri kimi başlaya bilmədiklərini, matçın startında razı qalmadığını açıqlayıb: "Çünki həqiqətən də oyuna intizamsız başladığımızı düşünürdüm. Yüksək tempdə oynamaq istədik. Radu Draquiş qırmızı vərəqə aldı. Bundan sonra ayıldıq. Lakin ilk dəqiqələrdəki oyunumuzdan razı deyildim. Bu axşam qələbə qazanmağımız çox vacib idi. Avropada oynayanda evddəki matçlarında qalib gəlməlisən. Çünki həqiqətən də hər bir səfər oyunu çətin olur. Oyunu özümüz üçün çətinləşdirdik. Reaksiyamız yaxşı alındı. Lakin bu duruma düşdüyümüz üçün məyusuq. Açığı, lazımi şəraitdə istənilən tapşırığın öhdəsindən gələn komanda olmaq istəyirik. Meydanda 10 nəfərlə qalanda bəzən bu qədər aqressiv ola, uzun müddət topu saxlaya və ya asanlıqla oynaya bilmirsən. Amma niyyət bu idi. İlk qolumuz təzyiqimiz altında vuruldu. 10 nəfərlə yüksək təzyiq göstərdik və topu qazandıq, bu da istədiyimiz kimi oldu və nəticədə qolla nəticələndi. Bu, bizim olmaq istədiyimiz komanda növüdür və qarşımıza hansı vəzifə qoyuruqsa, onu bu şəkildə həll etməliyik".

Baş məşqçi hesabı açan Brennan Yonson əla oynadığını vurğulayıb: "Hətta 10 nəfərlə qaldıq, amma passiv olmaq istəmədik. Brennanı görmək istədiyimiz mövqe budu. Hazırda o, özünə inanır. Ona ehtiyacımız olacaq. Dominik Solanke də yaxşı çıxış etdi. Təkcə qolu deyil, həm də ümumi oyunu gözəl alındı. O, güclü futbolçudu və topu özündə saxlamağı bacarır. Dominik həmişə hərəkətdə olan hücumçudu".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC