Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub

18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub.

Presssport.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan tədbirdə 4 qrupda yer alacaq 12 komandanın oyunlarının təqvimi bəlli olub.

Belə ki, A qrupunda "Turan", "Report" İnformasiya Agentliyi, "Veteranlar", B qrupunda "Baku TV", "Qoşabulaq", "Baku.ws", C qrupunda "AZƏRTAC", "Ardanış", "Zəfər 44", D qrupunda isə "Göyçə", "Nərimanlı" və Az.TV güclünü müəyyən etməyə çalışacaq.

Reqlamentə əsasən, qrupda ilk 2 yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq.

Turnirin açılış matçı sentyabrın 14-də, saat 19:00-da "Report" İnformasiya agentliyi və “Veteranlar” arasında keçiriləcək.

Görüşlər Bakı Tennis Akademiyasının futbol meydançasında reallaşacaq.

Onu da bildirək ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə uyğun olaraq, "Rakus.az" saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək. Ənənəvi futbol turnirinə informasiya dəstəyini “AZƏRTAC”, Az.TV, “Report” İnformasiya Agentliyi, "Baku TV", “Rakus.az” və “Manşet.az” saytları verəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC