Millimiz hazırlığa başladı - 16 oyunçuyla

Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi Bakıda hazırlığa başlayıb.

Presssport.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. 

Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.

Millinin hazırlıq prosesi üçün heyəti belədir: 

1. Emin Kürdov, 2. Vladislav Reznov, 4. Emil Həsənzadə, 5. Xəzər Ağalızadə, 6. İlham Alıyev, 7. Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), 3. Kamran Hacıyev, 8. Tofiq Mikayılov, 9. Nurlan Mehdizadə, 10. Oktay Rüstəmli, 11. Fərid Abbasov, 12. Murad Quluzadə (hamısı "Baku Fire"), 13. Fərid Atakişiyev, 14. Mirzə Əmirov, 15. Eldar Zeynalov, 16. Seymur Məmmədov (hamısı "Neftçi")

Xatırladaq ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC