Türkiyə klubuna keçdi, "Qarabağ"ı unutmadı: "Ordakı bütün qardaşlarımla keçirdiyim vaxta görə şükürlər olsun"

“Qarabağ”dan ayrılaraq “Konyaspor”a keçən fransalı futbolçu Hamidu Keyta şəxsi "İnstagram hesabında paylaşım edib.

Presssport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Ağdam klubundan ayrılması barədə yazaraq hamıya uğurlar arzulayıb: “Təşəkkürlər, “Qarabağ”. Təşəkkürlər bütün azarkeşlər. Çox sağol, Azərbaycan. Daim öyrənirəm. “Qarabağ”dakı bütün qardaşlarımla keçirdiyim vaxta görə şükürlər olsun. Onlara təşəkkür edirəm”.

Hamidu Türkiyə Super Liqa təmsilçisiylə bağlı paylaşımında isə “irəli” şərhini yazıb.

Xatırladaq ki, Keyta keçən mövsümün əvvəlində “Zirə”dən “Qarabağ”a keçərək Azərbaycan çempionu və kubokunun qalibi olub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC