Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz növbəti görüşlərini keçirəcək

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün III turun görüşlərini keçirəcək.

Presssport.az xəbər verir ki, kişilərdən ibarət yığmamız Moldova ilə qarşılaşacaq.

Qadınlardan ibarət millimiz isə Argentina ilə üz-üzə gələcək.

Xatırladaq ki, kişilər buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5), qadınlar isə Nikaraqua (4:0) və Avstraliyanı (3:1) məğlub edib. 

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb. Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC