Portuqaliya millisinin və "Əl-Nəsr”ın kapitanı Kriştiano Ronaldo bütün sosial şəbəkələrdə ümumi izləyicilərinin sayının 1 milyarda çatdığını açıqlayıb.
Presssport.az xəbər verir ki, 39 yaşlı futbolçu tarixdə bu uğura nail olan ilk şəxs olub.
“Tarix yaratdıq - 1 milyard abunəçi! Bu, bir rəqəmdən daha çox anlam ifadə edir - bu, ümumi oyun ehtirasımızın, ona olan sevginin təsdiqidir” - deyə Ronaldo bildirib.
O, yaydığı paylaşımda həmçinin yazıb: “Madeyra küçələrindən tutmuş dünyanın ən böyük səhnələrinə qədər mən həmişə öz ailəm və sizin üçün oynamışam və indi 1 milyard insan birlikdəyik. Mənə inandığınız, dəstəyiniz və həyatımın bir parçası olduğunuz üçün təşəkkür edirəm. Ən yaxşı şeylər hələ qarşıdadır və biz birlikdə qalib gələcək və tarix yazacağıq”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC