Bolqarıstanda keçiriləcək konversiyada ölkəmizi təmsil edəcək məşqçilər müəyyənləşib

Avropa Voleybol Konfederasiyasının (CEV) Bolqarıstanın paytaxtı Sofiyada Regional Voleybol İnkişaf Mərkəzlərinin xətti ilə keçirəcəyi məşqçi-müəllimlərin beynəlxalq konversiyasında iştirak edəcək Azərbaycanlı məşqçilər müəyyənləşib.

Presssport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 53 ölkənin məşqçi-müəllimlərinin iştirak edəcəyi təlimlərə ölkəmizdən 4 məşqçi - Rəvan Mehdiyev, Vüqar Əliyev, Tural Teymurov və Qəmzə Cəfərzadə öz biliklərini daha da genişləndirmək üçün qatılacaq.

Konversiya sentyabrın 14 və 15-də keçiriləcək. 2 gün davam edəcək konversiyada orta məktəb müəllimləri, aşağı yaş qruplarında çalışan məşqçilər həm nəzəri, həm də praktiki biliklərini daha da artıracaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC