Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı təşkil olunacaq.
Presssport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi keçirilib.
AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.
Qruplarda ilk 2 pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaq. Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC