Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran-Prisi 2024” yarışlarının ikinci sərbəst yürüşü başa çatıb.
Presssport.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler 1-ci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres 2-ci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton 3-cü pillədə qərarlaşıb.
Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.
Xatırladaq ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC