Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub.

Presssport.az xəbər verir ki, bundan başqa, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə sədr müavini, Gənclərin Maarifləndirilməsinə Dəstək İB-in sədri Aynurə Salmanlı isə Şuranın katibi seçilib.

İclasın növbəti mərhələsində Şuranın reqlamenti və təsis edilməsi planlaşdırılan komitələrin əsasnamələri müzakirəyə çıxarılıb, həmçinin cari ay ərzində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər Şura üzvlərinin qərarı ilə yekdilliklə təsdiqlənib.

İctimai Şuranın iclası başa çatdıqdan sonra Şura üzvləri Gənclər Təşkilatının Resurs Mərkəzinin iş prinsipi, həmçinin Resurs Mərkəzində fəaliyyət göstərən bir sıra gənclər təşkilatlarının, o cümlədən Gənclər Təşkilatları Milli Şurasının komandaları ilə tanış olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC