"Mehdi Hüseynzadə"ki ilk matça bütün biletlər satıldı - yeni rekord olacaq

Azərbaycan Premyer Liqasının XXI turunda fevralıb 4-də keçiriləcək “Sumqayıt” – “Neftçi” oyununda 2023/24 mövsümünün azarkeş rekordu qırılacaq. 

Presssport.az xəbər verir ki, yenidənqurmadan sonra ilk matçı qəbul edəcək Mehdi Hüseynzadə adına şəhər stadionundakı görüş üçün satışa çıxarılan biletlərin hamısı satılıb.

Bu haqda klub rəsmi məlumat yayıb.

9000-ə yaxın tamaşaçı tutumuna malik olan arenada təşkil olunacaq qarşılaşmaya 8800 bilet satışa çıxarılmışdı. Oyuna maraq yüksək səviyyədə olduğundan, biletlər matça 1 gün qalmış artıq tam satılıb. “Sumqayıt” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq. Qarşılaşmadan əvvəl iki müğənni - Hiss və “Sumqayıt uşağı” Murad Arif konsert proqramı ilə çıxış edəcəklər.

Onu da bildirək ki, cari mövsümün azarkeş rekordu X turun “Turan Tovuz” – “Qarabağ” oyununa məxsusdur. Belə ki, 2:2 hesabı ilə başa çatan Tovuz şəhər stadionundakı qarşılaşmada 6000 tamaşaçı olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC