Sentyabrın 14-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittini qəbul edib.
Presssport.az xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı ölkəmizdə ağırlıqqaldırma idman növünün inkişafı istiqamətində görülən işlər, Avropa Ağırlıqqaldırma Federasiyası ilə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC