Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
Presssport.az xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək.
Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Ferrari”nin monakolu pilotu Şarl Lekler imza atıb. “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri 2-ci, “Ferrari”nin digər üzvü, ispaniyalı Karlos Sayns 3-cü olub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 2 üzrə sprint yarışında “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen finiş xəttinə 1-ci çatıb. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford 2-ci, “Prema”da çıxış edən italiyalı Qabriel Mini 3-cü pillədə qərarlaşıb.
Pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdi. “McLaren”də çıxış edən Lando Norris 241 xalla 2-ci yeri tutub. İlk "5-liy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayıb.
Konstruktorlar kubokuna isə 446 xalla “Red Bull” komandası başçılıq edir. “McLaren” 438 xalla 2-ci, “Ferrari” 407 xalla 3-cü sırada yer alıb. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Uilliyams” (6) və “Sauber” (0) komandaları qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq 2-ci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib. "İnter Mayami" ardıcıl 5-ci qələbəsini qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC