“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov braziliyalı legioneri Filipe Paxtmanın hazırkı durumu haqda danışıb.
Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis gənc hücumçunun artıq 3-cü dəfə dizindən zədələndiyini açıqlayıb: “Əməliyyat olmalı idi. Amma qərar verdi ki, əməliyyat olmasın, müalicə yolu seçdi. Çarpaz bağlar qopan futbolçunun müalicə yolu ilə bərpa olunduğunu eşitməmişəm, bilmirəm Lakin onlar - meneceri, yaxınları müalicə yolu seçib. Hər halda, adını iştirak ərizəmizə salmamışıq Gözləyək görək necə olar. Bəlkə həqiqətən effekt verəcək”.
Xatırladaq ki, Paxtman “Zirə”də oynadığı müddətdə çox az oynayaraq hər 2 ayağından əməliyyat olunaraq uzun müddət yaşıl meydandan kənarda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC