“Zirə"yə futbolçunun atasına görə xəbərdarlıq edilib.
Presssport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna U-16 Liqasında keçirilən “Zirə” – “Mübariz” oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının atasının meydana çıxaraq baş hakimi təhqir etməsi səbəb olub. Sentyabrın 12-də keçirilən görüşdə yaşananlara görə AFFA “Zirə”yə xəbərdarlıq edib. Futbolçu isə 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə 2-ci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəza alıb.
AFFA U-16 Liqasında baş tutan daha bir görüşdə isə klub rəsmisinə 5 oyunluq cəza verilib. “Qarabağ” – ASTA matçında qonaqların rəsmisi Rüstəm Əliyev qarşılaşma bitdikdən sonra hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə görüb və qeyd olunan müddətə cəzalanıb.
AFFA U-15 Liqasında isə “Turan Tovuz”un futbolçuları Nəsimi Alıyev ilə Məcid Abbasova 3 oyun cəza verilib. Buna onların 78-ci dəqiqədə rəqibi təhqir etmələri və qırmızı vərəqə ilə meydandan qovulmaları səbəb olub
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC