"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Ayaks" (Niderland) heyətini İtaliyanın "İnter" klubundan ayrılan Devi Klassenlə gücləndirib.
Presssport.a klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı hücumameyilli yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Niderland millisinin sabiq üzvü "Ayaks"a azad agent kimi qoşulub.
Klassen bundan öncə müxtəlif vaxtlarda daha 2 dəfə "ağ-qırmızılar"ın şərəfini qoruyub.
Xatırladaq ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC