Renat Dadaşovun klubu Mutuya "yox" dedi, onu gətirdi

Millimizin futbolçusu Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib. 

Presssport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Belı ki, Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilir. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib.

Maraqlıdı ki, Ankara təmsilçisi "Neftçi"nin rumıniyalı sabiq baş məşqçisi Adrian Mutu ilə də danışıqlar aparırdı.

Xatırladaq ki, Dadaşov bu yay birdəfəli  transfer olduğu "Ankaragücü"nün heyətində 5 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçumuzun yeni klubu Türkiyə I Liqasının turnir cədvəlində 13-cü yerdədir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC