Yunanov Albaniya klubuna keçidi haqda danışıb: "Bir günün, bir gecənin içində həll olundu"

Azərbaycanlı futbolçu Amil Yunanov Albaniyanın “Byulis” klubuna keçidi haqda danışıb. 

31 yaşlı hücumçu Presssport.az-a açıqlamasında transferin bir günün, bir gecənin içində gerçəkləşdiyini bildirib: “Menecer vasitəsilə mənlə əlaqə saxladılar. Zəng edib dedilər ki, məşqçi və rəhbərlik səni istəyir. Şərtlərimizi dedik. Gecəylə razılıq əldə olundu. Sabahki gün bilet alındı, gəlib müqavilə imzaladım. Bir yerdə oynadığım albaniyalı futbolçular var idi, bir-ikisiylə danışığım oldu. Onlardan soruşdum, maraqlandım. Şükür ki, yaxşı oldu”. 

Yunanov 2025-ci ilin iyununa qədər müqavilə imzaladığı, Super Liqa təmsilçisi olan yeni klubunun hədəfləri haqda da danışıb: "Hədəf yüksək yerlər uğrunda mübarizə aparmaqdı. İlk dəfə olaraq legioner həyatı yaşayacam, mənim üçün də çox maraqlıdı. İnanıram ki, hər şey yaxşı olacaq. Burda da məqsədim daha yaxşı oynayıb, daha yaxşı yerlərə getməkdi”. 

Xatırladaq ki, Amil karyerası ərzində “Qəbələ”, ”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail”, “Kəpəz”də çıxış edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC