Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb

Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura ilə görüşüb.

Presssport.az xəbər verir ki, görüş zamanı Azərbaycanda stolüstü tennisin hazırkı vəziyyəti və gələcək planlar barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Bu cür görüşlərin əhəmiyyətindən söz açan ASTF prezidenti beynəlxalq idman qurumu ilə sıx əməkdaşlığın stolüstü tennisin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.

Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına xüsusi diqqət göstərildiyini deyən Mustafayev bu qayğı sayəsində beynəlxalq arenalarda böyük uğurların qazanıldığını və ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib.

Dəvət üçün təşəkkürünü bildirən Pedro Migel Moura isə Azərbaycanda stolüstü tennisin inkişaf strategiyasını və gələcək perspektivini yüksək qiymətləndirərək, yaxın gələcəkdə ölkəmizdə bu idman növü üzrə beynəlxalq yarışların təşkil olunacağına ümid bəslədiyini bildirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC