Emin Mahmudov “Neftçi”nin kapitanlığından məhrum olunub.
Presssport.az xəbər verir ki, klubun baş məşqçisi Roman Qriqorçuk mətbuatda yayılan məlumatı təsdiq edib.
Ukraynalı mütəxəssis “Qarabağ”a qarşı keçirilən Misli Premyer Liqasının 7-ci turunun oyunundan (0:4) sonra təşkil edilən mətbuat konfransında bununla bağlı dünən qərar verdiyini deyib: "Artıq komandada əsas kapitan Ramil Şeydayevdi. Vitse-kapitan Yuri Matias, üçüncü kapitan isə Robert Bauerdi. Bu, mənim qərarımdı.
Xatırladaq ki, bu gün “Qarabağ”la matçda Mahmudov sona qədər ehtiyatda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC