"Hesabın oyuna görə olduğunu deməzdim” - Borisovun 2:6-ya şərhi

“Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq”. 

Presssport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib. 

Mütəxəssis ikinci hissəyə pis başladıqlarını vurğulayıb: “Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”. 

Borisovun fikrincə, komanda üzvləri sona qədər mübarizə aparıb: “Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdı".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC