Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Bodo Qlimt” (Norveç) və “Elfsborq” (İsveç) bu gün I turun oyununa çıxıb.
Presssport.az xəbər verir ki, “Bodo Qlimt” “Portu”nu qəbul edib.
Meydan sahibləri 8-ci dəqiqədə hesabda geri düşsə də, sonradan 3 qol vuraraq əzmkar qələbə qazanıb (3:2). Özü də 51-ci dəqiqədə norveçlilər qırmızı vərəqə alsa da, qol vura biliblər.
“Qarabağ”ın digər rəqibi “Elfsborq” isə Niderlandda “Alkmaar”la qarşılaşaraq 2:3 hesabı ilə uduzub. Maraqlıdı ki, bu Skandinaviya təmsilçisi də matçı qırmızı vərəqə üüzndən tam heyətlə başa vura bilməyib.
“Bodo Qlimt” (Norveç) - “Portu” (Portuqaliya) - 3:2
Qollar: Samu Omorodion, 8 (0:1), Kasper Heq, 15 (1:1), Yens-Peter Heuqe, 40 (2:1), 62 (3:1), Deniz Gül, 90 (3:2)
Qırmızı vərəqə: İsak Myaattya, 51 (“Bodo Qlimt”)
“Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) - 3:2
Qollar: Ouma, 23 (0:1), Van Bommel, 44 (1:1), 50 (2:1), Hedlund, 53 (2:2), Perrott, 74 (3:2 - pen.)
Qırmızı vərəqə: Holmen, 86 (“Elfsborq")
Xatırladaq ki, “Qarabağ” özü və digər 6 rəqibi oyunlarını sabah keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC