Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb.
Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Eldəniz Əzizli (60 kq) və Ülvi Qənizadə (72 kq) finala vəsiqə qazanıb. Onlar həlledici görüşə çıxmadıqları üçün gümüş mükafatla kifayətlənib. Qurban Qurbanov (82 kq) isə bürünc medala sahib çıxıb.
Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunan turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 6 güləşçi təmsil edib. Mükafatlar uğrunda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları mübarizə aparıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC