Şuşada keçirilən Vüqar Həşimov Memorialında 2-ci oyun günü başa çatıb

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb.

Presssport.az 8 qrossmeysterin qüvvəsini sınadığı turnirdə şahmatçılar dünən olduğu kimi rapid növündə çıxış edib.

Azərbaycan yarışda 3 idmançı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə təmsil olunur.

IV tur
Şəhriyar Məmmədyarov - Aravind Çitambaram 0,5:0,5
Aydın Süleymanlı - Rauf Məmmədov 1:0
Yan Nepomnyaşi - Riçard Rapport 1:0
Vladislav Artemyev - Nodirbek Abdusattorov 0,5:0,5

V tur
Nodirbek Abdusattorov - Şəhriyar Məmmədyarov 0:1
Riçard Rapport - Vladislav Artemyev 0,5:0,5
Rauf Məmmədov - Yan Nepomnyaşi 1:0
Aravind Çitambaram - Aydın Süleymanlı 1:0

VI tur
Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı 1:0
Yan Nepomnyaşi - Aravind Çitambaram 1:0
Vladislav Artemyev - Rauf Məmmədov 0,5:0,5
Nodirbek Abdusattorov – Riçard Rapport 1:0

VII tur
Riçard Rapport - Şəhriyar Məmmədyarov 0:1
Rauf Məmmədov - Nodirbek Abdusattorov 0:1
Aravind Çitambaram - Vladislav Artemyev 0:1
Aydın Süleymanlı - Yan Nepomnyaşi 0,5:0,5

Bu qarşılaşmalardan sonra Nepomnyaşi 10, Məmmədyarov 9, Abdusattorov və Artemyev 8, Rapportla Süleymanlı 6, Çitambaram 5, Məmmədov isə 4 xal toplayıb.

Onu da bildirək ki, Vüqar Həşimov Memorialında şahmatçılar sabah blits növündə mübarizə aparacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC