“Neftçi Arena”da təmir işləri tam yekunlaşıb.
Presssport.az xəbər verir ku, meydançanın yararsız hala düşən ot örtüyü yenilənib.
Bundan başqa, stadionun tribunalarının oturacağı “Neftçi”nin doğma rəngi ağ-qara ilə əvəzlənib.
Xatırladaq ki, yenilənən arenada “Neftçi” ilk oyununu bu gün “Sumqayt”a qarşı keçirəcək. Misli Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək bu oyun saat 19:30-da başlanacaq. “Neftçi” bu mövsüm geridə qalan 7 oyunun heç birində qələbə qazana bilməyərək 4 xalla 9-cu yeri tutur. Onun bugünkü rəqibi “Sumqayıt” isə 7 matçdan 6 xal toplayıb və 7-ci yeri tutur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC