Misli Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.
Presssport.az xəbər verir ki, VIII turun oyunlarında 19 qol vurulub.
Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 top vurulmuşdu.
“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.
Onu da bildirək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son 3 mövsüm üçün rekordun təkrarıdı. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC