Millimiz UEFA Millətlər Liqasının növbəti oyunları çərçivəsində oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da Neftçi Futbol Mərkəzində məşq keçəcək.
Presssport.az xəbər verir ki, Fernand Santuşu komandası oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq.
Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya yığmasıyla oyunöncəsi son məşqə çıxaracaq. Millimiz Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Vətənə qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Onu da bildirək ki, Azərbaycan milli komandası C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığmasıyla qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC