Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
Presssport.az xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın idmançısı Süleyman Şükürov uğurlu nəticə qazanıb.
Belə ki, o, bürünc medala sahib çıxıb.
Şükürov ilk qarşılaşmasında Mixaylo Siminə (Serbiya) qalib gəlib. O, Senq-Min Kimi (Koreya) üstələyib və 1/4 finala adlayıb.
İdmançımız bu mərhələdə Coşua De Lanqı (Niderland) üstələyib. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb.
Süleyman bununla da fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Bu, Azərbaycanın yarışdakı ilk medalıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC