Futzal millimiz AVRO-2025-ə ilkin mərhələdən başlayacaq

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

Presssport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan yığmamız bu dəfə ilkin mərhələdən yarışacaq.

Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Millimiz öz qrupunun birinci komandası olacaq. Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcək. Səbətlərdən 2-də 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparacaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək. Final mərhələnin oyunları gələn il 28 sentyabr – 5 oktyabrda Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət

Gürcüstan

Azərbaycan

Şimali Makedoniya

2-ci səbət

Kosovo

Litva

Cəbəllütariq

3-cü səbət

Malta

Almaniya

San Marino

Estoniya

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC