Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Pressportaz xəbər verir ki, tədbirin vaxtı dəqiqləşib. Belə ki, mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, C Liqasının II səbətində qərarlaşan Azərbaycan millisinin potensial rəqibləri də məlumdu. Millimiz I səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, III səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, IV səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq milli komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının I səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC