Misli Premyer Liqasının IX turu “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, millimizin üzvü Premyer Liqada 100-cü oyununu keçirib.
23 yaşlı müdafiəçinin yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 100 görüşdə 15 qol vuran Toral yalnız bir komandada forma geyinib.
Bütün oyunlarını “Qarabağ”da keçirən Bayramovun debütü 2019/20 mövsümündə gerçəkləşib. O, 2019-cu il sentyabrın 23-də “Zirə” ilə səfər qarşılaşmasında (3:1) meydana çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC