"Fənərbaxça"nın veteranları Azərbaycana gəlir? - bu klubla qarşılaşmaq üçün

"Turan"ın sabiq prezidenti Vidadi Əhmədov Tovuz klubunun ilk avrokubok oyununda qarşılaşdığı “Fənərbaxça” veteranlarını ölkəmizə dəvət etmək istəyir. 

Presssport.az xəbər verir ki, sabiq klub rəhbəri həmin matçda iştirak etmiş İstanbul təmsilçisinin "Turan" veteranlarının görüşünü təşkil etmək niyyətindədi. 

Belə ki, Əhmədov bu ideyanın reallaşması üçün işlərə başlayıb. Belə ki, o, komandaların 30 ildən sonra yenidən qarşılaşmasını istəyir.

Xatırladaq ki, UEFA kuboku görüşü 1994-cü il avqustun 23-də Mehdi Hüseynzadə adına stadionda baş tutmuş və tovuzluların məğlubiyyəti ilə yekunlaşmışdı - 0:2. Türkiyədəki ilk matçda böyük hesabla (0:5) uduzmuşduq.

Budəfəki matçın məkanı və zamanı hələ ki, bəlli deyil.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC