Məcid Seyidov Naxçıvan şəhərində bədii gimnastların məşq prosesini izləyib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov Naxçıvan şəhərində Aytən Budaqovanın məşqçisi olduğu bədii gimnastika bölməsində məşq prosesini izləyib.

Presssport.az xəbər verir ki, nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb.

Bildirib ki, ölkəmizdə sevilən və kütləviliyi ilə seçilən idman növlərindən biri kimi bədii gimnastikanın inkişafına xüsusi önəm verilir.

Birinci vitse-prezident, eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə gimnastika idman növləri ölkəmizdə yüksək templə inkişaf edir, bu sahədə böyük nailiyyətlər əldə olunur. 

Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən Budaqova bölmənin fəaliyyəti və idmançıların hazırlıq vəziyyəti barədə məlumat verib. Qeyd olunub ki, 2019-cu ildən fəaliyyət göstərən bədii gimnastika bölməsində hazırda müəyyən qruplar üzrə ümumilikdə 100-ə yaxın uşaq məşqlərdə iştirak edir. Məşqlər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və özəl fitness mərkəzində keçirilir. Bölmədə yüksək potensiallı idmançıların olması gələcək adına ümidvericidir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC