"Mutu ilə işləməkdə qərarlı idik və vidalaşmaq fikrində deyildik"

“Neftçi”nin rumıniyalı sabiq baş məşqçisi Anrian Mutuyla ötən il vidalaşmaq fikrində olmayıb.

Presssport.az xəbər verir ki, bu açıqlamanı jurnaıistlərə klubun Müşahidə Şurasının üzvü Emin Əmrullayev verib: “Ötən mövsümə gec başladıq. Mutu ilə işləməkdə qərarlı idik. Onun ailəsində problem ortaya çıxdı. Bu səbəbdən də yollarımızı ayırdıq. Mutu uzunmüddətli proekt idi və ona zaman verməyə hazır idik. İşindən də razı qaldığımız məqamlar az deyildi. Daha sonra Miodraq Bojoviçi baş məşqçi postuna gətirdik. Mövsümün sonunda nəticə ürəkaçan olmadığı üçün yollarımızı ayırdıq”.

Xatırladaq ki, "Neftçi" keçən yay “sükanı arxası”na gətirdiyi 45 yaşlı Mutuyla 2 illik müqavilə imzalamışdı. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC