Azərbaycanın cüdoçusu Acelya Toprak (57 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"nin ilk günündə bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə Flaka Lojaya (Kosovo) qalib gələn təmsilçimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Bu gün tatamiyə çıxan 5 idmançımız isə mükafatsız qalıb. Bunlar Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Leyla Əliyevadır (48 kq).
Xatırladaq ki, turnir oktyabrın 12-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC