Fərid Qayıbov Məsut Özillə görüşüb

Bu gün gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Presssport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Mesut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi qəbul görə təşəkkür edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC